
Cüdoçumuzdan gümüş medal
İtaliyanın Olbia şəhərində cüdo üzrə gənclər arasında keçirilən dünya çempionatı davam edir.
Azərbaycan təmsilçisi Turan Bayramov final görüşünə çıxıb. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medal uğrunda gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə gəlib. Bayramov rəqibinə ipponla uduzaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Qadın cüdoçu Səbinə Əliyevaisə bürünc medal görüşünə çıxıb. 52 kq-da yarışan idmançı üçüncü yer uğrunda qarşılaşmada isveçrəli Binta Ndiaye ilə üz-üzə gəlib.
Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən qızıl xal bölümünə keçilib. Burada ipponla uduzan Əliyeva 5-ci yeri tutub.
Daha çox xəbər









Digər növlər
30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






Xarici futbol
26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










Olimpiya Növləri
24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Olimpiya Növləri
24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



