Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Olimpsport.az xəbər verir ki, son 5 iştirakçı "play-off" mərhələsinin ötən gecə keçirilən oyunlarından sonra məlum olub.
Bunlar "Kopenhagen" (Danimarka), "Borussiya" (Münhenqladbax, Almaniya), "Rostov" (Rusiya) və "Mançester Siti" (İngiltərə) və "Dinamo" (Zaqreb, Xorvatiya) klublarıdır.
Çempionlar Liqası, "Play-off" mərhələsi, cavab oyunları
APOEL (Kipr) - "Kopenhagen" (Danimarka) - 1:1
Qol: Pieros Soteriou, 69 - Federiko Santander, 86
İlk oyun - 0:1
"Borussiya" (Münhenqladbax, Almaniya) - "Yanq Boyz" (İsveçrə) - 6:1
Qollar: Torqan Azar, 9, 64, 84, Raffael, 33, 40, 77 - Yoriç Ravet, 79
İlk oyun - 1:3
"Rostov" (Rusiya) - "Ayaks" (Hollandiya) - 4:1
Qollar: Sərdar Azmun, 34, Aleksandr Yeryoxin, 52, Kristian Noboa, 60, Dmitri Poloz, 60 - Devi Klaassen, 84
Qırmızı vərəqə: Fyodr Kudryaşov, 83 (penalti)
İlk oyun - 1:1
"Mançester Siti" (İngiltərə) - "Styaua" (Rumıniya) - 1:0
Qol: Fabian Delf, 56
İlk oyun - 5:0
"Zalsburq" (Avstriya) - "Dinamo (Zaqreb, Xorvatiya) - 1:2
Qollar: Valentino Lazaro, 33 - Junior Federiko, 86, El Arbi Sudani, 95
İlk oyun - 1:1
Qeyd edək ki, "Real Madrid", "Barselona", "Atletiko Madrid", "Sevilya" (hamısı İspaniya), "Lester Siti", "Arsenal", "Tottenhem" (hər üçün İngiltərə), "Bavariya", "Borussiya" (Dortmund), "Bayer" (hər üçü Almaniya), "Yuventus", "Napoli" (hər ikisi İtaliya), "Benfika", "Sportinq" (hər ikisi Portuqaliya), PSJ, "Lion" (hər ikisi Fransa), ÇSKA (Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), PSV (Hollandiya), "Beşiktaş" (Türkiyə), "Bazel" (İsveçrə) və "Brügge" (Belçika) birbaşa qrup mərhələsində çıxış edəcək.