Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılır

Çempionlar Liqasında bu gecə baş tutan "pley-off" matçlarından sonra qrup mərhələsinə vəsiqə qazanan sonuncu komandalar da məlum olub.

 Olimpsport.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 20:00-da Monakoda baş tutacaq.

 

Komandaların yer aldığı səbətlər artıq məlum olub. Bütün komandaların siyahısını təqdim edirik:

 

1-ci səbət:

"Real" Madrid, "Bavariya", "Barselona", "Benfika", PSJ, "Yuventus", CSKA Moskva, "Lester Siti"

 

2-ci səbət:

"Atletiko" Madrid, "Borussiya" Dortmund, "Arsenal", "Sevilya", "Napoli", "Bayer" Leverkuzen, "Porto", "Mançester Siti"

 

3-cü səbət:

"Dinamo" Kiyev, "Tottenhem", PSV, "Sportinq" Lissabon, "Lyon", "Brügge", "Bazel", "Borussiya" Münxenqladbax

 

4-cü səbət:

"Beşiktaş", "Rostov",  "Seltik", "Legiya" Varşava, "Kopenhagen", "Dinamo", Zaqreb, "Ludoqorets", "Monako"