Mətbuat Şurasında "Narkomaniya ilə mübarizədə medianın və idmanın rolu" mövzusunda tədbir keçirilib
Mətbuat Şurasında “Narkomaniya ilə mübarizədə medianın və idmanın rolu” mövzusunda tədbir keçirilib
“Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev 2001-ci il noyabrın 27-dən işıq üzü görən mətbu orqanın hazırda həftədə 1 dəfə oxucularla görüşə gəldiyini, eyni zamanda gündəlik yenilənən elektron resursa malik olduğunu vurğulayıb. Ötən müddətdəki uğurlardan söz aşmış baş redaktor deyib ki, “Olimpiya dünyası” İspaniyada keyfiyyət və peşəkarlığa görə mükafatına da layiq görülüb. O, həmçinin nəşrin müxbirlərinin Yay Olimpiya Oyunlarından Azərbaycan oxucularını eksklüziv materiallarla təmin etdiklərini də diqqətə çatdırıb. M.Fərzəliyev medianın narkomaniya ilə mübarizədəki öncüllüyündən söz açarkən Dünya Narkotiklə Mübarizə aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiklərini bildirib. Baş redaktor çıxışında həmçinin narkomaniya ilə mübarizədə idman ictimaiyyəti ilə medianın birgə əməkdaşlıq məsələlərinə dair fikirlərini bölüşüb, rəhbərlik etdiyi qəzetin fəaliyyətinə verilən dəyərə görə təşəkkürlərini çatdırıb. Dünya Narkotiklə Mübarizə aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev təmsil olunduğu qurumun gördüyü işlərdən söz açıb. O bildirib ki, təşkilat qarşıya qoyduğu məqsədə çatmaq üçün müxtəlif sahələrlə sıx əlaqədədir. Xüsusən idman cəmiyyətləri və media orqanları ilə təmaslar ön plandadır. Başlıca fəaliyyət metodu təbliğatdır. Təbliğat isə ilk növbədə idmanın daha da populyarlaşmasını hədəf seçir. Eyni zamanda məsələyə sistemli baxış var. Bu baxışda ayrı-ayrı nüfuzlu beynəxalq yarışlarda, Dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında qalib olmuş, fərqlənmiş idmançıların nümunəvi həyat tərzinin cəmiyyətə, gənclərimizə təlqin edilməsi mühüm yer tutur. Media ilə əməkdaşlıq isə mövcud istiqamətdəki başlıca vasitədir. C.Allahverdiyev də öz növbəsində “Olimpiya dünyası” qəzetini fəaliyyətinin 20 illiyi münasibətilə təbrik edib.