AFFA Əliyar Ağayevin qərarlarını ləğv etdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Olimpsport.az-ın məlumatına görə, FİFA referisi Əliyar Ağayevin Azərbaycan kubokunun 1/2 mərhələsinin “Neftçi” – “Qəbələ” matçındakı idarəçiliyi əsas müzakirə mövzusu olub.
PFL-in saytı xəbər verir ki, həmin matçın 84-cü dəqiqəsində Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 74-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Aleksey Qay və 86-cı dəqiqədə “Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli sarı vərəqə ilə cəzalandırılıb.
İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edir:
Aleksey Qaya və Fəhmin Muradbəyliyə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakimin epizodu düzgün qiymətləndirməməsi səbəbindən ləğv olunub.
Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırmaq tapşırılıb.