İngiltərə millisinin baş məşqçisi ilə müqavilə uzadıldı
İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeytin müqaviləsi uzadılıb.
51 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin dekabrınadəkdir.
Qeyd edək ki, Sautgeyt 2016-cı ildən rəhbərlik etdiyi yığmanı DÇ-2018-in yarımfinalına və Avro-2020-nin finalına çıxarıb. 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində isə İngiltərə millisi qrup lideri kimi mundiala vəsiqə qazanıb.