Fərid Qayıbov İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov noyabrın 25-də Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb, onlarla ayrı-ayrılıqda tanış olub, təkliflərini dinləyib. Şuranın sədri Azər Əliyev qurumun fəaliyyəti, qarşılıqlı əlaqə və görüləcək işlərə dair məlumat verib.
İctimai Şuranın fəaliyyətinə uğurlar arzulayan Fərid Qayıbov, müntəzəm olaraq məsləhətləşmə və müzakirələrin aparılmasına hazır olduğunu və bunun vacibliyini qeyd edib.
Görüş zamanı Şuranın 2021-ci ilin dekabr – 2022-ci ilin mart ayları üçün fəaliyyət planı da müzakirə edilib.