
Fərid Qayıbov Gənclər Evlərinin rəhbərləri ilə Qaradağ Gənclər Evində görüşüb
Noyabrın 29-da gənclər və idman naziri Fərid Qayıbov Gənclər Evlərinin rəhbərləri ilə Qaradağ Gənclər Evində görüşüb. Hər biri ilə tanış olub, onların fəaliyyətləri ilə maraqlanıb, problem və təkliflərini dinləyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət gənclər siyasəti sahəsində əsas tövsiyələrindən biri ölkəmizdə gənclərlə işin müasir tələblər səviyyəsində qurulması və gənclərin vətənpərvər, bacarıqlı, müasir dünyagörüşlü və layiqli vətəndaş olaraq yetişdirilməsidir. Buna görə də gənclər siyasəti istiqamətində dövlətimizin başçısının müvafiq tapşırıqlarının icrasında fəallıq bundan sonra daha da artırılmalıdır.
Görüşdə Gənclər Evlərinin fəaliyyətlərinin təkmilləşdirilməsi və müasir çağırışlara cavab verən xidmətlərin göstərilməsi üçün gənclərin tələb və istəklərinin araşdırılmasını və fəaliyyət istiqamətlərinin ona uyğun qurulmasının vacibliyi vurğulanıb.
Tədbirdə nazir müavini İndira Hacıyeva, nazirin müşaviri İsrafil Cəfərov, nazirliyin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev və Kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cabbarov da iştirak ediblər.
Daha çox xəbər









30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



