Aronyan Ermənistan millisindən imtina etdi
Ermənistanlı şahmatçı Levon Aronyan bundan sonra ABŞ Şahmat Federasiyasını təmsil edəcək.
39 yaşlı qrossmeyster dekabr ayı üçün açıqlanan Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinqində ABŞ idmançısı kimi göstərilib. Onun FİDE-nin saytındakı məlumatları da dəyişdirilib.
Qeyd edək ki, L.Aronyan bu ilin fevralında ABŞ-a köçəcəyini və bu ölkəni təmsil edəcəyini açıqlamışdı.