
Fərid Qayıbov dövlət mükafatlarını təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan mütəxəssisləri daim diqqətdə saxlayır, bu sahədə fərqlənənləri mütəmadi olaraq, fəxri adlar və digər dövlət mükafatları təltif edir.
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu il imzaladığı müxtəlif sərəncamlarla təltif edilmiş bir qrup şəxsə dövlət mükafatlarını təqdim edib.
Tədbirdə əvvəlcə, dövlətimizin başçısının sərəncamına əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illik yubileyi münasibətilə və Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə təltif edilmiş 1 nəfərə “Şöhrət” ordeni, 1 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün müvafiq sənədi, 7 nəfərə “Tərəqqi” medalı, 8 nəfərə Əməkdar müəllim, 5 nəfərə isə Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adının vəsiqəsi və döş nişanı təqdim edilib.
Həmçinin, Azərbaycan Respubıikası Prezidentinin müxtəlif Sərəncamları ilə təltif edilmiş şəxslərə “Şöhrət” və “Şərəf” ordenləri, 3 nəfərə “Tərəqqi” medalı, 4 nəfərə isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim edilib.
Daha çox xəbər




18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib





08-09-2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
