
Fərid Qayıbov Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyovu qəbul edib
Dekabrın 23-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyovu qəbul edib. Gənclər və İdman Nazirliyində keçirilən görüşdə Fərid Qayıbovu nazir təyin edilməsi münasibətilə təbrik edən qonaq ölkəmizə səfəri çərçivəsində iştirak edəcəyi tədbirlər barədə məlumat verib.
Umar Kremlyovun səfər proqramının Azərbaycan boksçularına faydalı olacağına inandığını bildirən Fərid Qayıbov qeyd edib ki, ölkəmiz bütün beynəlxalq idman qurumları kimi, Beynəlxalq Boks Assosiasiyası ilə də qarşılıqlı əməkdaşlığa xüsusi önəm verir.
Azərbaycan boksunun hazırkı vəziyyəti, gələcəkdə reallaşdırılması nəzərdə tutulan birgə layihələr və digər məsələlərin müzakirə olunduğu görüşdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov və digər şəxslər iştirak ediblər.
Daha çox xəbər







24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər







21-09-2023
AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21-09-2023
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb


21-09-2023
Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real Madrid" qələbə qazanıb











