36 cüdoçumuz Antalyaya yollanır
Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət milli komandaları Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılacaq.
Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Hazırlıq prosesi Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə 9 - 14 yanvarda gerçəkləşəcək.
Antalyaya 24 kişi və 12 qadın idmançı yollanacaq. Kişilərdən ibarət yığmaya baş məşqçi Mövlud Mirəliyev, qadın millisinə baş məşqçi Rəşad Məmmədov rəhbərlik edəcək.
Toplanışa Türkiyə, Niderland, Belçika, Fransa, Yunanıstan, BƏƏ, Gürcüstan və digər ölkələr də qatılacaq.
Xatirladaq ki, milli yanvarın 27-də Portuqaliyanın Odivelas şəhərindəki Qran-pridə və fevralın 3-də Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə çıxış edəcək.