Azərbaycan komandası Dünya kubokunun qalibi oldu
İsveçrənin Sankt Morits şəhərində təşkil olunmuş qarüstü polo üzrə 37-ci dünya kubokuna yekun vurulub.
Nüfuzlu turnirdə ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Land of Fire” komandası təmsil edir.
Bu gün keçirilən həlledici görüşdə Azərbaycan təmsilçisinin rəqibi Fransanın “Clinique La Prairie” komandası olub. Bu rəqibinə də 6:2 hesabı ilə qalib gələn “Land of Fire” ilk dəfə sözügedən turnirin qalibi olub.
Xatırladaq ki, ilk oyunda “Perrier Jouet” kollektivini üstələyən poloçularımız yarımfinal mübarizəsində 2019-cu ilin çempionu “Badrutts Palace” ilə dueldən qalib ayrılmışdı.