
“Zəfər 2021” Beynəlxalq İdman Mükafatının XIV təqdimat mərasimi keçirilib
28 yanvar 2022-ci il tarixində “Fairmont” hotelin “Nizami Gəncəvi” zalında “ Sportsman” jurnalının təşkilatçılığı ilə “Zəfər 2021” Beynəlxalq İdman Mükafatının XIV təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə müxtəlif nomenasiyalar üzrə ilin ən yaxşı idmançısı, klubu, məşqçisi, federasiyası və s.nomenantlar təltif edilmişdir.
Sevindirici haldır ki, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının prezidenti cənab Qaya Müzəffər İlıcaq da “ İdmanın Təbliğindəki Xidmətlərinə görə” nomenant seçilmişdir.
Pandemiya şəraiti ilə əlaqədar ölkəmizə qonaq təşrif buyura bilmədiyinə görə Fəxri Fərmanı Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev qəbul etmiş və göstərilən diqqətə görə öz minnətdarlığını bildirmişdir.
DNMAİF-in Azərbaycan nümayəndəliyinin məsul katibi Gülnarə Məlikova.
Daha çox xəbər





10-01-2023
AIPS Avropa prezidenti Ç.Kamenzuli AİJA prezidenti Eldar İsmayılovu təbrik edib








21-12-2022
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib















