Velosiped məşqçiləri üçün keçirilən texniki kursları bitirmiş məşqçilərə sertifikatlar təqdim edilib
Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə velosiped məşqçiləri üçün keçirilən texniki kursları bitirmiş məşqçilərə sertifikatlar təqdim edilib.
Kursları uğurla başa vuranları təbrik edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev velosiped idmanının inkişafı üçün bacarıqlı məşqçilərə ehtiyac duyulduğunu və bu istiqamətdə onların xidmətlərindən istifadə ediləcəyini qeyd edib.