AVRO-2016: İspaniya millisi Bakıda

Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının bütün iştirakçıları artıq ölkəmizdədir.

Olimpsport.az saytının məlumatına görə, az əvvəl İspaniya millisini Azərbaycana gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib. Bununla da iştirakçı komandaların Bakıya gəlişi başa çatıb.

Qeyd edək ki, bu gün ispanlara qədər Serbiya və İtaliya yığmaları da Bakıya gəlib.

Mənbə: Futbolxeber.az