Azərbaycan Velosiped İdmanı Federasiyasının geniş tərkibli iclası keçirilib

Bu gün Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevin sədrliyi ilə qurumun geniş tərkibli iclası keçirilib.

İclasda görülmüş işlərlə bağlı hesabatlar dinlənilib, ilin əsas idman yarışalarında iştirak edəcək rəqabətə davamlı, güclü komanda formalaşdırılması üçün bütün qüvvələrin səfərbər edilməsinin vacibliyi qeyd olunub və bu istiqamətdə aidiyyəti üzrə tapşırıqlar verilib.