Qara Qarayev koronavirusa yoluxub
"Qarabağ"ın futbolçusu Qara Qarayev koronavirusa yoluxub.
Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında bildirib.
50 yaşlı mütəxəssis 30 yaşlı yarımmüdafiəçinin testinin müsbət çıxdığını və 3 gün hərarətinin yüksək olduğunu söyləyib.