Fərid Qayıbov Avropa Gimnastikasına yenilik gətirib

Avropada ilk dəfə gümnastikanın bütün olimpiya növləri üzrə 2021-ci ilin ən yaxşı idmançısı seçiləcək.

Mükafatlandırma mərasimi 11 - 21 avqustda Almaniyanın Münhen şəhərindəki Multi-idman Avropa çempionatında keçiriləcək.

Bu yarış Münhen-1972 Yay Olimpiya Oyunlarının 50 illiyinə həsr olunacaq.

Qeyd edək ki, Avropa Gimnastikasının rəhbəri Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovdur. Gimnastikada olimpiya növləri bədii gimnastika, idman gimnastikası və batut gimnastikasıdır.