Hidayət Heydərov qızıl medal qazandı

İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir. 

İkinci yarış günündə Azərbaycanın bir təmsilçisi tatami üzərinə çıxıb. Bu, 73 kq çəki dərəcəsində yer alan Hidayət Heydərovdur. 25 yaşlı idmançı mübarizəyə 1/8 final mərhələsindən başlayıb. 

  

24 yaşlı Avropa çempionu startda Oron Giner (İsrail) ilə qarşılaşıb. Rəqibini ipponla məğlub edən cüdoçumuz növbəti mərhələyə yüksəlib. O, ikinci duelində almaniyalı İqor Vandtke ilə üz-üzə gəlib. Bu dəfə də təmiz qələbə qazanan Heydərov  yarımfinala adlayıb. Yarımfinalda isə Tohar Butbulu cərimə xalları hesabına məğlubiyyətə uğradıb.

Heydərov finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Böyük Dəbilqənin qalibi olub. 

73 kq çəkidəki digər cüdoçu Rüstəm Orucov, eləcə də 81 kq-da Elcan Hacıyev və Murad Fətiyev, koronavirus testləri müsbət nəticə verdiyindən, yarışa buraxılmayıblar.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medal qazanıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.