Böyük Dəbilqədə daha bir medal
Azərbaycan cüdoçusu Zelim Kotsoyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.
100 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Onise Saneblidzeyə qızıl xal bölümündə qalib gəlib.
Zelim Kotsoyev 1/8 finalda Xanqal Adbatarı (Monqolustan), 1/4 finalda Qasımovu məğlub etmişdi. O, yarımfinalda İlya Sulamanidzenin (Gürcüstan) müqavimətini qıra bilməmişdi.
Xatırladaq ki, bu gün Məmmədəli Mehdiyev (90 kq) qızıl medal qazanıb.