Fərid Qayıbov Azərbaycan Mini-Futbol Federasiyasının fəaliyyəti ilə maraqlanıb

Fevralın 21-də gənclər və idman naziri Fərid Qayıbov Böyükşor bulvarında yerləşən “Azfar Group” mini-futbol meydançaları kompleksindəAzərbaycan Mini-Futbol Federasiyasının fəaliyyəti ilə maraqlanıb.

Federasiyanın infrastrukturu ilə tanış olan nazir Fərid Qayıbov iyunun 4-dən 11-dək keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandanın heyəti ilə söhbət edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Federasiyanın sədri Azər Hüseynov və sədr müavini Taleh Nəsibov qurumun fəaliyyəti, 2018-ci ildən bu vaxta qədər görülən işlər, təşkil olunan yerli yarışlar və beynəlxalq turnirlərdə qazanılan nəticələr barədə məlumat veriblər.