Azərbaycan Cüdo Federasiyası Kindzerskaya köməyini təklif edib
Ukraynanın İrpen şəhərindəki mənzili silahlı hücuma məruz qalan Azərbaycan milli komandasının qadın cüdoçusu İrina Kindzerska və ailəsi hazırda təhlükəsiz yerdədir.
Məlum hadisələrlə əlaqədar ilk günlərdən idmançı və onun ailəsi ilə daimi əlaqədədirlər.
Federasiya Kindzerska və ailəsinə imkanları daxilində lazımi dəstəyi göstərməyə hazır olduğumuzu bildirib: "İrina və ailəsinin verəcəyi qərara əsasən, müvafiq dəstəyi göstərəcəyik".
Kindzerskanın özü isə şəxsi instaqram səhifəsində üzləşdiyi hadisə ilə bağlı bunları yazıb: "Bütün ruslara mənim çəkdiyimi arzulayıram. Bu gün biz evsiz qaldıq. Amma Allaha şükür sağıq. Hamınıza dərindən nifrət edirəm".
Qeyd edək ki, İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.