“Qarabağ”ın yarımmüdafiəçisi Almaniyada

Ölkə kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la qarşılaşmada zədələnən “Qarabağ”ın futbolçusu Rahid Əmirquliyev hazırda Almaniyadadır.

Olimpsport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi martın 10-da Almaniyanın Münhen şəhərində uğurlu əməliyyat olunub və ilk fizioterapiya kursunu keçib. Əmirquiyev dünən yenidən müayinə üçün Almaniyaya yollanıb. Yarımmüdafiəçi növbəti fizioterapiya kursuna başlayıb. 27 yaşlı milli futbolçu yaxın 10 gündə reabilitasiya prosesi keçəcək. Əmirquliyevin Avstriyadakı təlim-məşq toplanışı zamanı komandayla məşqlərə qoşulacağı ehtimal olunur (klub saytı).