"Mançester Yunayted" "Fənərbaxça" qarşılaşmalarının vaxtı məlum oldu

Bu gün UEFA Avropa Liqasının püşkü atılıb. Püşkün nəticəsi  "Mançester Yunayted" və "Fənərbaxça" komandalarını üz-üə qoyub.
 
Olimpsport.az xəbər verir ki, A qrupunda qərarlaşan komandalar ilk olaraq Mançesterdə qarşılaşacaq. İngiltərədə baş tutacaq ilk oyun oktyabrın 20-də keçiriləcək.
 
Cavab oyunu isə 3 noyabr tarixində İstanbulda baş tutacaq.
 
Qeyd edək ki, ilk oyun Bakı vaxtı ilə 23:05-də, cavab qarşılaşması isə 21:00-da start götürəcək.