Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Olimpsport.az-ın məlumatına görə, 35 yaşlı qrossmeyster II turda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq.

İlk turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən Rəcəbov 0,5 xalla 3-6 -cı yerləri bölüşdürür.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

İddiaçılar Turniri

II tur

Hikaru Nakamura (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan)

Rixart Rapport (Rumıniya) - Alireza Firuzca (Fransa)

Yan Nepomnyaşi (FIDE) - Fabiano Karuana (ABŞ)

Yan-Kşiştof Duda (Polşa) - Dinq Liren (Çin)