İdmançımız 23 il sonra Avropa çempionatında qızıl medal qazandı

Azərbaycan təmsilçisi Anna Başta Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında qızıl medal qazanıb.

25 yaşlı idmançımız 1/16 finalda Sabina Martisə (Polşa) 15:8, 1/8 finalda Poluina Kasperoviçə (Polşa) 15:14, 1/4 finalda olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu Olqa Xarlana (Ukrayna) 15:14, yarımfinalda Sussana Sislara 15:6 hesabı ilə  (Polşa) qalib gəlib. A.Başta finalda isə  Rossella Qriqorionu (İtaliya) 15:9 hesabı ilə  məğlub edərək Avropa çempionu olub.

Beləliklə, ölkəmiz 1999-cu ildən sonra ilk dəfə böyüklər arasında qılıncoynatma üzrə qitə birinciliyində qızıl medal qazanıb. 23 il əvvəl Elena Jemaeva Avropa çempionu olmuşdu.