AFFA Obradoviçlə bağlı qərarı açıqladı
AFFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçlə yolları ayırıb.
Onun müqavilə müddəti başa çatdığı bildirilib. Mütəxəssislə müqaviləni yeniləməyən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Milan Obradoviçə U-21 milli komandasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Azərbaycan U-21 milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcəyi vurğulanıb.