Federasiya prezidenti yanvarda rəhmətə getmiş hakimi çempionat oyununa təyin etdi
Nigeriya məhkəməsinin qərarına əsasən, Kris Djiva ölkə futbol federasiyasının prezidenti təyin edilib. Olimpsport.az saytının məlumatına görə, o, bu postda Amayu Pinniki əvəzləyib. Halbuki Pinniki FIFA Nigeriya Futbol Federasiyasının prezidenti təyin etmişdi.
Kris Djiva federasiya prezidenti seçildikdən sonra ölkə çempionatının oyunlarına hakim təyinatına birbaşa nəzarət etmək qərarına gəlib. Onun qərarına əsasən, “Varri Vulve” - “Civa” oyunu Ueyl Akinsanyaya tapşırılıb. Qəribəsi odur ki, adıçəkilən referi bu ilin yanvarında dünyasını dəyişib.