İtaliyanın "Fiorentina" klubunun direktoru Pantaleo Korvino Avropa Liqasının qrup mərhələsinin püşkatmasını şərh edib.
Olimpsport.az-ın klubunun saytına istinadən verdiyi xəbərə görə, Korvino eyni qrupa düşdükləri "Qarabağ"la oyunu və komandasının "əsl simasını" görməyi özü üçün maraqlı hesab etdiyini deyib.
Digər rəqiblərini dəyərləndirən P.Korvino bildirib ki, PAOK-un meydançasında oynamaq həmişə çətin olur, "Slovan" isə yaxşı təşkil olunmuş komandadır.