
Fərid Qayıbov: "Gənclərlə bağlı məsələlər İslam ölkələrinin əsas problemlərindən biridir"
"Azərbaycan hökuməti hər zaman gənclərin fəaliyyətini yüksək qiymətləndirib. Ölkəmiz bu istiqamətdə öz töhfələrini verib".
Bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən İslam Əməkdaşlıq Gənclər Forumunun gənclər və idman sahələrində Daimi Nazirlər Şurasının 3-cü iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu forumun əsası 2004-cü ildə Bakıda qoyulub. Katiblik isə İstanbul şəhərində yerləşir: "Sizi burada görməkdən şadam. İnanıram ki, məhsuldar görüşlərimiz olacaq".
İlk belə görüşün Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirildiyini xatırladan nazir gənclər üçün daha yaxşı imkanların təmin edilməsində bir çox işlər görüldüyünü bildirib: "Müvafiq qətnamələr üzv ölkələrin gənclər və idman nazirlərinin daimi iclasında bələdçi sənəd rolunu oynayır.
İslam ölkələrində olan gənclər təhsil və məşğulluqla bağlı müəyyən çətinliklər, qloballaşma, radikallaşma ilə bağlı bəzi təhlükələrlə üzləşirlər. İdeal həll yollarını tapmaq üçün 2018-ci ildə Bakıda üzv ölkələrin 4-cü iclası keçirildi. Orada gənclərlə bağlı birgə fəaliyyət planı müəyyənləşdirildi. İslam Həmrəyliyi Təşkilatının baş katibliyinə təşəkkürümü bildirirəm. Gənclərlə bağlı məsələlər İslam ölkələrinin əsas problemlərindən biridir".
Daha çox xəbər









30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



