"Qalatasaray"ın yeni baş məşqçisi açıqlandı

Türkiyə "Qalatasaray"ının yeni baş məşqçisi bəlli olub.

Bu vəzifəyə İstanbul təmsilçisinin sabiq futbolçusu Okan Buruk təyin edilib. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Buruk bu vəzifədə 2 gün öncə istefaya göndərilən Domenek Torreni əvəzləyib.

Qeyd edək ki, Okan Buruk 2006 - 2008-ci illərdə "Qalatasaray"ın formasını geyinib. O, 2013-cü ildə "Cim-Bom"da köməkçi məşqçi kimi də çalışıb. Təcrübəli mütəxəssis ölkəsində "Sivaspor", "Göztepe", "Rizespor" və "Başakşehir" kimi klublara da başçılıq edib. 2020/2021 mövsümündə isə "Başakşehir"lə Türkiyə Super Liqasının qalibi olub.