Coşqun Əzimovdan qızıl medal

Azərbaycanın 70 kq çəki dərəcəsində çıxış edən sərbəst güləşçiləri İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirində uğurla çıxış ediblər.

Coşqun Əzimov finalda digər təmsilçimiz Murad Yevloyevə 6:1 hesabıyla qalib gələrək qızıl medal qazanıb. 

Hacı Əliyev türkiyəli Servet Coşkuna 4:3 hesabıyla qalib gələrək bürünc medal əldə edib.