"Qəbələ"nin futbolçusu superliqa klubunda
2015/16 mövsümünün sonunda "Qəbələ"dən ayrılan Ermin Zetsin yeni klubu müəyyənləşib.
Olimpsport.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin futbolçusu karyerasını yenidən Türkiyədə davam etdirəcək. 28 yaşlı hücumçu Super Liqa təmsilçisi "Karabükspor"la 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ermin Zets "Qəbələ"də 23 oyunda 7 qol vurmuşdu.
Əlavə edək ki, Zets Türkiyənin "Gənclərbirliyi" və "Balıkəsirspor" klublarında forma geyinib.