Çempionlar liqasının formatında dəyişiklik edilib

UEFA Çempionlar liqasının formatında dəyişiklik edib. Olimpsport.az xəbər verir ki, artıq bu barədə qəti qərar qəbul edilib və qurum rəsmən bəyanat verib.

2018-ci ildən etibarən Çempionlar liqasının qrup mərhələsində 4 ölkənin 4 komandası çıxış edəcək. Bundan sonra İtaliya , İngiltərə , İspaniya və Almaniyanın komandaları təsnifat mərhələsində oynamadan qrupa düşəcək.