Haqqında həbs qərarı verilən futbolçu ölkədən qaçıb
Türkiyə millisinin və "Qalatasaray" klubunun keçmiş futbolçusu Arif Ərdəm ölkədən qaçıb.
Olimpsport.az xəbər verir ki, veteran futbolçu iyulun 23-də Türkiyənin Ədirnə Sərhəd-Keçid Məntəqəsindən Yunanıstanın İpsal sərhəd rayonuna keçib.
Qeyd edək ki, FETÖ terror təşkilatına bağlılıqda ittiham olunan A.Ərdəm haqqında ötən gün həbs qərarı çıxarılıb.
1972-ci ildə İstanbulda doğulan Arif Ərdəm 13 il “Qalatasaray”da çıxış edib. O, Türkiyə millsinin də şərəfini qoruyub və 60 oyuna 11 qol vurub. 2005-ci ildə futbolçu karyerasını başa vuran veteran hücumçu "Başakşehir" klubunda məşqçilik edib.