“Lex” Bakıya yola düşdü
Polşanın “Lex” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la oyun üçün yola düşüb.
Bu barədə Poznan təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Niderlandlı mütəxəssis Con van den Bromun başçılıq etdiyi kollektiv artıq Polşanı tərk edib. Bakıya uçuşun təxminən 4,5 saat çəkməsi gözlənilir. Bu gün saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda komandanın oyunöncəsi son məşqi olacaq.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Lex” görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında Poznandakı ik matçda ev sahibləri 1:0 hesablı qələbə qazanıb.