
Fərid Qayıbov federasiya nümayəndələri ilə görüşüb
Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə növbəti görüş keçirilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən toplantıda nazir Fərid Qayıbov son vaxtlar görülmüş işlər və qarşıdakı planlar barədə danışıb, görüşün məqsədi barədə məlumat verib.
Gündəliyə əsasən, V İslam Həmrəyliyi Oyunlarına hazırlıq, Avropa və dünya çempionatlarının televiziya yayım hüquqlarının alınması, nizam-intizam və apellyasiya komitələrinin yaradılması, federasiyalar tərəfindən 2022-ci ilin ilk 6 ayı ərzində görülmüş işlərlə bağlı hesabatın tərtib edilməsi, istiqamətlər üzrə inkişaf planlarının hazırlanması, idmançıların, məşqçilərin, hakimlərin və həkimlərin lisenziyalaşdırılması, idmançıların reytinq cədvəlinin müzakirəsi, ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı texniki reqlamentin hazırlanması, idman turizminin inkişaf etdirilməsi, tədbir və yarışların qeydiyyat sistemi və digər məsələlər müzakirə edilib, həmçinin federasiya nümayəndələrinin təklifləri dinlənilib.
Daha çox xəbər

















29-04-2025
Bakı İstanbul Liseyi və Cocuk Mərcanlı məktəbi arasında dostluq görüşü keçirilib







18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir


