Mahir Emreli "Dinamo"nun növbəti matçında oynaya bilər
Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli zədəsini sağaldaraq sıraya dönüb.
25 yaşlı hücumçu ölkə çempionatının II turunda səfərdə "Slaven Belupo" ilə görüşdə iştirak edə biləcək.
Qeyd edək ki, iyulun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Emreli daha əvvəl çempionatın I turunda "Lokomotiv"ə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmanı, həmçinin, Şimali Makedoniya "Şkupi"si ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu buraxıb.