"Neftçi"nin rəqibindən daha bir transfer

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan “Aris” (Kipr) daha bir futbolçu transfer edib.

Limassol klubu "Hammarbü"də çıxış edən Leo Benqstonu heyətinə qatıb.

24 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.