Kikboksçularımızın qatılacağı turnirdə bu yarış ləğv olunub
Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarının kikboksinq proqramında dəyişiklik olunub.
Belə ki, kikboksinqin "Point Fighting" növü bütünlüklə ləğv olunaraq yarışın proqramından çıxarılıb. Həmçinin kişilərdə "Low Kick"də 91 kq, "Full Contact"da 57 kq və +91 kq çəki dərəcələri üzrə mübarizə olmayacaq. Qadın kikboksçuların yarışında isə 48 və 70 kq çəki dərəcələri ləğv edilib.
Buna səbəb həmin çəki dərəcələrində idmançıların sayının azlığı olub.
Qeyd edək ki, 9-18 avqust tarixlərində keçiriləcək İslamiadada Azərbaycan 24 kikboksçu ilə təmsil olunacaq. Kikboksinq yarışları 16-18 avqust tarixlərində baş tutacaq.