Azərbaycanlı boksçudan növbəti qələbə

Azərbaycanın və "Qəbələ" İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib. Olimpsport.az-ın məlumatına görə, 30 yaşlı idmançı peşəkar rinqdə 2-ci sınağına çıxıb.
 
O, Moskvada baş tutan görüşdə Belarus təmsilçisi Viktor Çvarkovla qarşılaşıb. Bunadək keçirdiyi 2 döyüşdən birində qalib gəlib, birində uduzan rəqibi ilə qarşılaşma Atakişiyev üçün uğurlu alınıb. 6 raund davam etməli olan ağır çəki kateqoriyasındakı döyüşdə azərbaycanlı əlcək sahibi qələbə qazanıb. Bu, onun peşəkar rinqdə ikinci qələbəsi olub.
 
Qeyd edək ki, Zamiq iyulun 31-də keçirdiyi peşəkar rinqdəki ilk döyüşündə rusiyalı Vladimir Qonçarovu nokautla məğlub etmişdi.(Sportnet)