Ramil Əliyev GEM Komissiyasına xüsusi dəvətlə üzv seçilib
Azərbaycan Kiber İdman Federasiyasının Prezidenti Ramil Əliyev CEC2022 turnirində GEM Komissiyasına xüsusi dəvətlə üzv seçilib.
GEM Komissiyasının tərkibi:
Sədr: Tommy Sithole (Zimbabve)
Üzvlər: Ramil Əliyev (Azərbaycan), Aurelia Ruetsch (Fransa)
İdarə: Laura Vidal (İspaniya)
4 may 2020-ci ildə “Birlik Oyunları Federasiyası” (CGF) “Birlik Esports” strategiyasını inkişaf etdirmək üçün “Qlobal Esports Federasiyası” (GEF) ilə əməkdaşlıq barədə razılığa gəlinib.
Əməkdaşlıqda ilkin olaraq əsasən aşağıdakı məsələlərə diqqət yetiriləcək:
• Birlikdə kiber idmanın statusunun və onun dəyərlərə əsaslanan Birlik Esports strategiyasının birgə inkişafını dəstəkləmək və inkişaf etdirmək qabiliyyətinin təhlilinin aparılması;
• Birlik daxilində Esports-da bərabərlik, müxtəliflik, inklüzivlik, dürüstlük və innovasiya prinsiplərindən istifadə edən və yüksəldən idmançı mərkəzli, idmana yönəlmiş təşəbbüslərin və kampaniyaların araşdırılması və inkişafı;
• İdmançıları, vətəndaşları və icmaları birləşdirən və onlara xidmət edən tərəfdaşlıqlar və tanıtım imkanları vasitəsilə CGA-lara və daha geniş Birlik ölkələrinə fayda verə biləcək davamlı kiber idman xassələrinin (yarışmalar və inkişaf təşəbbüsləri) inkişafının araşdırılması.
Tədbirdə CGF rəhbəri Dame Louise Martin bunları qeyd etdi: “Son illərdə, əsasən gənclərin iştirakı olmaqla populyarlıq və iştirak tərəfindən kiber idmanın yüksəlişini gördük. COVID-19 pandemiyası zamanı kiber idmana qlobal miqyasda maraq əhəmiyyətli dərəcədə artmağa davam etdi və bu, çətin bir dövrdə insanları birləşdirən mühüm xüsusiyyəti nümayiş etdirdi”.
GEF prezidenti Kris Çan isə qeyd etdi ki, biz bu strateji tərəfdaşlığa başlamaqdan və Birlik Oyunları Federasiyasına dəstək verməkdən şərəf duyuruq. Bu tərəfdaşlıq Qlobal Esports Federasiyasının dünyanın kiber idman ekosistemini bir araya toplamaq missiyasını daha da gücləndirəcək.
XXII Birlik Oyunları (Birmingem 2022) 28 iyul - 8 avqust 2022-ci il tarixləri arasında İngiltərənin Birmingem şəhərində Millətlər Birliyinin üzvlərinin iştirak etdiyi beynəlxalq multi-idman tədbiridir.
Tədbir ilk dəfə 1930-cu ildə keçirilmişdir və 1942 və 1946-cı illər (İkinci Dünya Müharibəsi səbəbindən ləğv edilmiş) istisna olmaqla, o vaxtdan bəri hər dörd ildən bir uğurla keçirilir.