Şəhid İqbal Astanlının qardaşı: "Qardaşım da onun kimi güləşirdi"
Xəbər verdiyimiz kimi, 4-6 avqust tarixində İkinci Qarabağ müharibəsi Şəhidləri İqbal Astanlının və Babək Mahmudlunun əziz xatirələrinə sərbəst və yunan-Roma güləşi üzrə Respublika turniri keçirilib.
Turniri izləyənlər arasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, Şəhid İqbal Astanlının qardaşı da olub. O, yarış haqqında öz təəssüratlarını "Olimpsport.az" saytı ilə bölüşüb:
"Bu yarışın əziyyətini çəkən hər bir kəsə ailəmiz adından minnətdarlığımı bildirirəm. Mən özüm boksçu olsam da, güləş yarışlarını da izləyirəm. Bu yarışda ən çox güləş üslubu xoşuma gələn 57 kq çəki dərəcəsində çempion adını qazanan Nicat Həsənov oldu. O, daha çox texnikaya və baxımlı güləşə üstünlük verirdi. Qardaşım İqbal da o üslubda güləşirdi. O uşağın gələcəyi parlaq olacaq".