Azərbaycan üzgüçüsü gümüş medal qazanıb

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.

Üzgüçü Məryəm Şeyxəlizadəxangah gümüş medala sahib çıxıb.

18 yaşlı idmançı 50 metr məsafəyə batterflay üsulla üzmədə ikinci yeri tutub.