Azərbaycan kikboksindqdə daha bir qızıl medal qazanıb
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir qızıl medal qazanıb.
Kikboksçu Fərid Ağamoğlanov (Full contact, 63,5 kq) İslamiadanın qalibi olub. O, finalda İşu Kalfaui Ussamaya (Mərakeş) qalib gəlib.
Beləliklə, Azərbaycan qızıl mealların sayını 27-yə çatdırıb.
Finalda Mavlonbəy Məhəmmədcanova (Özbəkistan) uduzan Camal Məmmədov (Full contact, 54 kq) isə gümüş medalla kifayətlənib.
Qeyd edək ki, dünən kikboksinqdə Bəhram Rəcəbzadə (low kick, +91 kq) qızıl medal qazanıb.