ÇL-də qrupun daha 3 iştirakçısı müəyyənləşdi

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

İlk oyun günündə 3 matç keçirilib.

"Qarabağ" "Bakıda 0:0 hesablı heç-heçə etdiyi "Viktoriya" (Plzen) ilə Çexiyada qarşılaşıb və 1:2 hesabı ilə uduzaraq ÇL-də mübarizəni dayandırıb. “Benfika” “Dinamo”ya səfərdə olduğu kimi evdə də qalib gəlib - 3:0 (ilk matç: 2:0). “Makkabi” evdəki ilk görüşdə 3:2 hesabı ilə məğlub etdiyi “Srvena Zvezda” ilə cavab oyunundan 2:2 hesablı bərabərliklə ayrılıb. 

Beləliklə, “Viktoriya”, “Makkabi” və “Benfika” ÇL-in qrup mərhələsinə vəsiqə qazanıblar. 

Qeyd edək ki, Çempionlar Liqasında digər cavab qarşılaşmaları avqustun 24-də olacaq.

Xatırladaq ki, ÇL-in qrup mərhələsində mübarizə aparacaq 32 komandadan daha əvvəl 26-sı məlum olub. Bunlar UEFA reytinqində daha yüksək mövqeyə malik ölkələrin təmsilçiləri olduqlarına görə turnirə birbaşa vəsiqə qazananlardılar.

23 avqust

UEFA Çempionlar Liqası, pley-off mərhələsi

Cavab oyunları

23:00. "Viktoriya" (Plzen, Çexiya) -"Qarabağ" (Azərbaycan) - 2:1
Qollar:
Filip Ozobiç, 38 (0:1), Kopiç, 58 (1:1), Kliment, 72 (2:1)
İlk oyun - 0:0

23:00 "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:0
Qollar:
Otamendi, 27, Silva, 40, Neres, 43
İlk oyun - 2:0

23:00. "Srvena Zvezda" (Serbiya) - "Makkabi" (Hayfa, İsrail) - 2:2 
Qollar:
Peşiç, 27, İvaniç, 43 - Sandqren, 45+5, Pavkov, 90-avtoqol
İlk oyun - 2:3

24 avqust

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Budo Qlimt" (Norveç) 
İlk oyun - 0:1

23:00. PSV (Niderland) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 2:2

23:00. "Trabzonspor" (Türkiyə) - "Kopenhagen" (Danimarka) 
İlk oyun - 1:2