"Qalatasaray" tanınmış hücumçunu transfer edib

Türkiyə "Qalatasaray"ı Fransanın PSJ komandasından argentinalı futbolçu Mauro İkardini icarəyə götürüb.

29 yaşlı hücumçu "Cim-Bom"la müqavilə imzalamaq üçün İstanbula gəlib.

Təcrübəli forvard cari mövsümün sonunadək Superliqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Argentina millisinin də üzvü olan Mauro İkardi daha əvvəl İspaniyanın "Barselona", İtaliyanın "Sampdoriya" və "İnter" klublarında çıxış edib.