Azərbaycanı DÇ-də bu qadın güləşçilər təmsil edəcək
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını başa vuran qadınlardan ibarət güləş üzrə Azərbaycan millisi bu gün dünya çempionatının keçirildiyi Serbiyanın paytaxtı Belqrada yollanıb.
Baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 5 güləşçi ölkəmizi DÇ-də təmsil edəcək:
53 kq. Leyla Qurbanova
57 kq. Jalə Əliyeva
59 kq. Alyona Kolesnik
62 kq. Tatyana Omelçenko
65 kq. Elis Manolova
Sabah qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək. Sentyabrın 12-də Tatyana, 13-də Leyla və Elis, 14-də isə Jalə ilə Alyona mübarizəyə başlayacaq.