Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə vəsiqə qazanıb.
82 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici görüşdə Qazaxıstan təmsilçisi Dias Kalenlə üz-üzə gəlib.
Rəqibinə 1 dəqiqə 50 saniyəyə tuşe (təmiz qələbə) ilə qalib gələn Hüseynov bürünc medal uğrunda görüşdə Macarıstandan olan Tamaş Levai ilə görüşəcək.
Bu gün həmçinin yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal uğrunda qüvvəsini sınayacaq. Onlardan hələlik yalnız Niftullayevin rəqibi dəqiqləşib. 97 kq-da çıxış edən idmançı İtaliyanı təmsil edən Nikoloz Kakelaşvili ilə güləşəcək.
Qeyd edək ki, bu gün Azərbaycanın 2 yunan-Roma və 1 qadın güləşçisi mübarizəyə start verib.